
“gece.ws"in məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala əsasən, partlayışa qaz sızması səbəb olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, hadisənin başvermə səbəbləri araşdırılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 m² sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb.
Xəsarət alan olmayıb.
Mənzil yanğından mühafizə olunub.
Ziya Əmirxanlı