Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 23:00 | Baxılıb: 1426
Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül səhnədə süni intellektin yaratdığı mahnıları səsləndirəcək.

“gece.ws” xəbər verir ki, bu barədə o “X” hesabında paylaşım edib.

“Son vaxtlar süni intellektlə yaradılmış üç mahnıya böyük marağım var. İnanın, onlar o qədər yaxşıdır ki, yaxın zamanda səhnədə ifa edəcəyəm. Musiqidə geri dönüşü olmayan bir dövrə qədəm qoymuşuq. Süni intellekt cəmi on saniyəyə mahnı yarada bilir. Sadəcə janrı seçirsiniz: Anadolu motivli elektron, “lo-fi arabesk”, “trap-pop”, “drill”, “synthwave”, “afrobeat”, “hyperpop” və ya “deep house”... Vokalları da müəyyənləşdirirsiniz və bir neçə saniyəyə tam hazır mahnınız olur.

Musiqidən anlayışı olan və ya olmayan hər kəs bunu edə bilər. Hazırda minlərlə insan eyni anda AI platformalarından istifadə edərək gündə on minlərlə mahnı yaradır. Bu inanılmaz sürət musiqi sənayesini səssiz bir çökməyə doğru aparır. Artıq nə aranjemançı, nə studiya, nə musiqiçi, nə miksinq, nə masterinq, nə də bəstəkar qalır. Çünki istehsal tamamilə pulsuzdur”, – deyə paylaşımda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.