Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.24.2026 | 19:55 | Baxılıb: 5624
“Opta” statistika platformasının superkompüteri qrup mərhələsinin ilk turunun oyunlarından sonra proqnozlarını yeniləyərək DÇ-2026-nın yeni qazanını açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumat “Opta Analyst” saytında dərc olunub.

Mundial başlamazdan əvvəl əsas favorit kimi İspaniya millisini göstərən superkompüter qrupda ilk matçlardan sonra fikrini dəyişib. Hazırda çempionluğa ən böyük namizəd Fransa yığması hesab olunur. Fransa millisinin kuboku qazanmaq şansı 15.7% qiymətləndirilir.

Siyahıda ikinci və üçüncü yerləri isə hərəsinə 12.3% şans verilən İngiltərə və son dünya çempionu Argentina milliləri bölüşürlər. Turnirin startından əvvəl lider olan İspaniya isə 12.1% şansla 4-cü pilləyə geriləyib.

Qeyd edək ki, hazırda dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları başa çatıb. Artıq Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya milliləri pley-off (1/16 final) mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 iyulun 19-da yekunlaşacaq. Ev sahibliyini ABŞ, Meksika və Kanadanın etdiyi turnirin son çempionu isə 2022-ci ildə Fransanı məğlub edən Argentinadır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.