Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2026 | 10:58 | Baxılıb: 2751
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” “Shimal.News”a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında “DAF” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə 28 yaşlı sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Yük avtomobilində daşınan badımcanlar qəza zamanı kanalın kənarına və suya səpələnib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.