Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 13:41 | Baxılıb: 3065
“Azərxalça” ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır.

“gece.ws” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

“Azərxalça”nın yaydığı məlumata görə, dairəvi əl xalçasının diametri 22.17 m x 22.17 m-dir.

“Qarabağ” qrupuna aid, “Xətai” xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.

Bildirilib ki, oktyabrın 27-də xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Həmin görüntüləri təqdim edirik:





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.