Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.15.2025 | 18:02 | Baxılıb: 2152
Şuşada külli miqdarda silah-sursat aşkar edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.    

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.