
“gece.ws” xəbər verir ki, sürücü Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Mamedzadə inzibati qaydada həbs edilib.