Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.10.2026 | 21:21 | Baxılıb: 2071
Özbəkistanda xarici terminlər özbək ekvivalentləri ilə əvəz olunacaq.

“gece.ws” xəbər verir ki, müvafiq qanun layihəsi Ali Məclisin (Qanunvericilik Məclisinin) iclasında qəbul edilib.

Bu sənəd dövlət dilini xarici alınma sözlərdən təmizləmək və terminologiyadakı uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır.

Belə ki, “svetofor”, “avans”, “parol” kimi bəzi sözlərin özbək terminləri ilə əvəz edilməsi təklif edilir. Məsələn, “svetofor” sözü “yulçiroq” ilə əvəz ediləcək.

Qeyd edək ki, özbək dili tarixən ərəb, fars, rus və digər dillərdən çoxlu alınma sözləri qəbul etmişdir. İstər məişətdə, istərsə də rəsmi sənədlərdə istifadə olunan terminlərin çoxu xarici mənşəlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.