
“gece.ws” xəbər verir ki, o, T.Gözəllə bu barədə danışmadığını deyib.
“Ola bilər ki, rəhbərlik səviyyəsində nəsə danışılıb. Mən Tahir bəylə bu barədə danışmamışam”, - Q.Qurbanov qeyd edib.
Təcrübəli mütəxəssis Joni Montielin oyunlarda aqressiv olmasına da münasibət bildirib: “Montiel topla oynayan futbolçudur. Belə halda da rəqiblər ona qarşı aqressiv oynayır. O da istər-istəməz hakimə, rəqib oyunçulara etiraz edir. Orada elə xırda detallar var ki, biz uzaqdan görməyə bilərik. Kimsə hansısa sözü deyə bilər, kimsə ayağını tapdalayar. O da insandır və öz narazılığını bildirir. Bu oyunlarda aqressivlik futbolçunun toparlanmasına kömək edir”.