Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.06.2026 | 14:36 | Baxılıb: 3248
Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib.

“gece.ws” Pravda.az-a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib.

Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) riyaziyyat fakültəsinə daxil olsa da, 1992-ci ilin iyunun 16-sı könüllü olaraq Ağdam uğrunda döyüşlərə qatılıb və 18 iyunda şəhid olub.

Xatırladaq ki, Tahir Kərimli Milli Məclisin V və VI çağırış deputatı, Ali Məhkəmənin sədri (1992-1993-cü illər) və “Vəhdət” partiyasının qurucusu və sədri (1998-2025-ci illər) olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.