
“gece.ws” xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) “Suhrkamp” nəşriyyatına istinadən məlumat yayıb.
O, bu gün Starnberqdə vəfat edib.
1929-cu ildə Düsseldorf şəhərində doğulan Habermas 1961-ci ildə Marburq Universitetində dosent vəzifəsinə yüksəlib. 1961-1964-cü illər arasında isə Heydelberq Universitetidə fəlsəfə dərsləri verib.
1964-cü ildə Frankfurt-Mayn Universitetində fəlsəfə və sosiologiya kafedrasının müdiri olan Habermas 1971-1981-ci illər ərzində Maks Plank İnstitutunda elmi və texnoloji dünyanın həyat şəraitini araşdıran direktorluq vəzifəsini icra edib.
Frankfurt Məktəbinin nümayəndəsi kimi tanınan Habermas 1983-cü ildə Frankfurt-Mayn Universitetiə qayıdaraq 1994-cü ilə qədər professor kimi fəlsəfə kafedrasına rəhbərlik edib. Onun elmi və fəlsəfi fəaliyyəti XX və XXI əsr düşüncə tarixində əhəmiyyətli iz qoyub.