Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.27.2026 | 23:13 | Baxılıb: 2975
Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında tanınmış fotoqraf Aleksey Lyokin paylaşıb.

O, alpinistin səhhətində ciddi problem yarandığını bildirib:

“Həkimlər ona uğurla üç stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzulayırıq!”

Xatırladaq ki, dağçılıq fəaliyyətinə 2001-ci ildə Şahdağ zirvəsinə (4243 m) çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini (3751 m) də fəth edib.

Karyerası ərzində dünyanın ən təhlükəli və yüksək nöqtələrinə yürüş edən S. Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan-Tenqri (7010 m), 2011-ci ildə İbn Sina (Lenin) (7130 m), 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m) və elə həmin ilin iyul-avqust aylarında Korjenev (7135 m) zirvələrinə qalxmağı bacarıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.