Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 17:34 | Baxılıb: 4390
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.

“gece.ws” xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Sonda Tahir Kazımov Məhkəmə-Hüquq Şurasının Fəxri döş nişanı ilə təltif olunub.

Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.