
“gece.ws” xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, riyaziyyat üzrə fəlsəfə doktoru, Lütfi Zadə adına BMEA-nın müxbir üzvü N.Mahmudov 30 ilə yaxın müddət 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib. O, bir müddət Elm və Təhsil Nazirliyində də çalışıb. 200-dən yuxarı elmi, pedoqoji-metodiki məqalənin, o cümlədən 90-na yaxın dərslik, dərs və metodiki vəsaitin müəllifidir.