Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.06.2026 | 14:33 | Baxılıb: 2041
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində quldurluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

“gece.ws"in məlumatına görə, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə edib, daha sonra ona fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçiriblər.

Əməli törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.