Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.02.2025 | 17:54 | Baxılıb: 1384
Dünyaşöhrətli rejissor və aktyor Kventin Tarantino 30 ilə yaxın fasilədən sonra yenidən əsas rolda çıxış edəcək.

“gece.ws” “Variety” nəşrinə istinadən xəbər verir ki, Tarantino britaniyalı rejissor Ceymi Adamsın çəkdiyi “Only What We Carry” adlı müstəqil dram filmində rol alacaq.

Filmin çəkilişləri artıq yekunlaşıb. Ekran işində həmçinin Saymon Peqq, Sofiya Butella və Şarlotta Qensburq kimi beynəlxalq ulduzlar da rol alıblar.

Məlumata görə, Tarantino filmdə “Con Persi” adlı obrazı canlandıracaq. Bu obraz “keçmişdən qəfil ortaya çıxaraq köhnə sirləri oyadan bir dost” kimi təsvir olunur.

Bu, Tarantinonun 1996-cı ildə çəkilən “From Dusk Till Dawn” filmindən bəri ilk böyük rolu hesab edilir.

Filmin süjeti haqqında hələlik çox az məlumat verilib. Mətbuat bu layihəni “sevgi, itki və irəli getmək üçün lazım olan səssiz cəsarət haqqında bir meditasiya” kimi xarakterizə edir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.