Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2026 | 09:21 | Baxılıb: 9779
Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb.

“gece.ws” yerli mediaya istinadən xəbər verir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar məskunlaşdıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.

Onun həyatına qəsd etməsi ehtimal olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.