Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 11:18 | Baxılıb: 10257
Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

“gece.ws” xəbər verir ki, təyinatlarla bağlı TƏBİB-in İcraçı direktoru Anar Byaramov əmrlər imzalayıb.

Əmrlərdən birinə əsasən, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

Z.Xəlilov əmək fəaliyyətinə 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Prezidentin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adına layiq görülüb.

Digər əmrə əsasən isə Hacı Məhəmmədoviç Lətifov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

H.Lətifov 2007-ci ildə Rusiyada “Diaqnostika laparoskopiya, Operativ laparoskopiya” üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın “Galaxy Care” Laparoskopiya İnstitunda “Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya” kursunu tamamlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.