Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 11:35 | Baxılıb: 9345
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.

“gece.ws” Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib.

O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də baş icraçı direktorun müşaviri vəzifələrində çalışıb. 

Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.