
“gece.ws” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında deyilir.
Məlumata görə, İsrail ordusu Təbriz hava limanında uçuşa hazırlaşan iki F-5 və F-4 qırıcı təyyarəsini zərərsizləşdirib.
Eyni zamanda, bu hücumun İran Hərbi Hava Qüvvələrinin və ölkənin hava hücumundan müdafiə sistemlərinin əməliyyatlarını zəiflətmək üçün həyata keçirildiyi qeyd edilib.