Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Təcavüzkar davranışa görə ağır cəza aldı
 
						Təcavüzkar davranışa görə ağır cəza aldı
Əlavə olunub: 03.22.2025 | 16:01 | Baxılıb: 1712
AFFA İntizam Komitəsinin iclası keçirilib. 

“gece.ws” xəbər verir ki, iclasda II Liqanın XVII turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. 

“Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

“Sheki City” komandası isə 300 manat cərimə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.