
“gece.ws” xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 24-cü turunun “Kəpəz”lə (1:1) görüşdən sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydana Faiq Hacıyevi buraxdınız. “Kəpəz” də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi…
- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də bu səhvlər təbiidir.
- Roderik Millerin oynamaması nə ilə bağlıdır?
- Zədəlidir.
- “Turan Tovuz” iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, konsentrasiya və motivasiya ilə bağlıdır?
- Təəssüf ki, haqlısınız. Həm “Zirə”, həm də “Neftçi” ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.