Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 10:04 | Baxılıb: 2153
Aprelin 22-si saat 13:00 radələrində Bakı-Quba yolunun 129-cu kilometrliyində təhlükəli hərəkətlər edən sürücü saxlanılıb.

“gece.ws” xəbər verir ki, “DAF” markalı 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.

Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.