Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 16:02 | Baxılıb: 3006
İran İslamabaddakı danışıqlardan imtina etməyib, lakin Tehran Yaxın Şərqdə müharibənin dayandırılması şərtlərindən narahatdır.

“gece.ws” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında bildirib.

Diplomat əlavə edib ki, Amerika mediası İslam Respublikasının danışıqlarla bağlı mövqeyini təhrif edir.

Qeyd edək ki, martın 29-da “Reuters” agentliyi Pakistanın xarici işlər naziri İshaq Dara istinadən xəbər verib ki, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir İslamabadda ABŞ-İran münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə ediblər. Görüşdən sonra diplomat bəyan edib ki, İslamabad yaxın günlərdə müharibəyə son qoymaq üçün danışıqlar üçün ABŞ və İslam Respublikasının nümayəndələrini qəbul etməyə hazırdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.