
“gece.ws” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, İran Prezident Aparatının kommunikasiya direktorunun müavini Seyid Mehdi Təbatəbai boğazın yalnız Tehranın gəmilərinin tranziti üçün hərbi kompensasiya alacağı təqdirdə açıla biləcəyini bəyan edib.
Təbatəbai ABŞ-nin boğazın bağlanmasına cavab olaraq İranın mülki infrastrukturuna hücum hədələrinə də sərt reaksiya verib. O, Amerika tərəfinin “ümidsizlik və qəzəbdən ədəbsizliyə və cəfəngiyata” əl atdığını vurğulayıb.
Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq Tehran strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb.