Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 02:58 | Baxılıb: 1698
İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.

“gece.ws” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Ordu bildirir ki, zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahındakı əsas infrastruktur obyektlərini hədəf alıb.

Bundan əlavə, İsrail təyyarələri eyni vaxtda İsrailə raket atmaq üçün hazırlanmış ballistik raketlər və onların buraxılış qurğularının yerləşdiyi anbara hücum edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.