Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tərksilah olanlar arasında PKK-nın yüksəksəviyyəli lideri də var - Foto
 
						Tərksilah olanlar arasında PKK-nın yüksəksəviyyəli lideri də var 
							 - Foto
Əlavə olunub: 07.11.2025 | 14:26 | Baxılıb: 4531
Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatının 47 ildən sonra bu gün tərksilah olmasına başlanılıb.

“gece.ws"in məlumatına görə, tərksilah edilənlər arasında PKK-nın yüksəksəviyyəli lideri, KCK İcra Şurasının həmsədri Bese Hozat ləqəbli Hülya Oran, həmçinin Nedim Seven, Tekoşin Ozan və Tekin Muş da var.

Bildirilir ki, Hülya Oran 11 dəqiqəlik kürdcə bəyanat oxuyub.

Qeyd edək ki, Bese Hozat PKK-nın düşərgələrinə, Nedim Seven isə silahlara nəzarət edirdi.

47 yaşlı H.Oran 1990-cı illərdə PKK-ya qoşulub. O, 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.