Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 20:50 | Baxılıb: 1490
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan 12 maddəlik yeni qanun layihəsinin təfərrüatları məlum olub.

“gece.ws” “TRT Haber”ə istinadla xəbər verir ki, “Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi” adlanan çərçivə sənədi artıq Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların təsdiqinə təqdim olunub.

AK Partiya tərəfindən hazırlanan layihəyə MHP adından ilk imzanı partiya lideri Dövlət Bağçalı atıb. Daha sonra TBMM sədri Numan Kurtulmuş da sənədi imzalayaraq dəstəyini nümayiş etdirib. Sənədin AK Partiya, MHP və DEM Partiyasının birgə imzası ilə parlament rəyasət heyətinə təqdim olunması və həftənin sonunadək qəbul edilərək qanunlaşması gözlənilir.

Qeyd olunub ki, layihənin ümumi əfv xarakteri daşımadığı və terror təşkilatının rəhbəri Abdulla Öcalana hər hansı xüsusi status vermədiyi vurğulanır. Qanunun güzəştlərindən yararlanmaq istəyən PKK mənsubları 6 ay ərzində rəsmi müraciət etməlidirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.