
“gece.ws” xəbər verir ki, qəza rayonun Seydimli kəndi ərazisində qeydə alınıb.
Tərtər rayon sakini İxtiyar Cəfərovun sükanı arxasında olduğu “JAC” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşaraq qəza törədib.
Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Fotoda Ramil Hüseynov
