Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.24.2026 | 08:30 | Baxılıb: 3192
Məşhur türkiyəli aktrisa Deniz Baysal “Teşkilat” serialından ayrılmasının öz istəyi ilə olmadığını, ssenariyə edilmiş qəfil dəyişiklik nəticəsində baş verdiyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, o bu barədə İbrahim Səlimin proqramına qonaq olarkən danışıb.

“Mənim üçün qəfil oldu, hekayəyə görə uzaqlaşdırıldım”, – deyə aktrisa “Teşkilat” serialının dördüncü mövsümündən çıxarılma səbəbini izah edib.

İlk üç mövsümdə baş rol oynamış Deniz Baysal ayrılma prosesinin təxminən 1,5 il boyunca emosional boşluq yaratdığını bildirib:

“1,5 il o boşluğu hiss edirəm. Üç mövsüm ardıcıl bir layihədə idiniz, sonra son anda çıxarıldınız. Bu, mənim üçün qəfil oldu və hekayəyə görə uzaqlaşdırıldım. Özümü buna hazırlamamışdım”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, D.Baysal hazırda TRT1-də yayımlanan “Taşacak Bu Deniz” serialında Esme obrazını canlandırır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.