Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 13:32 | Baxılıb: 1257
Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyanın mənzilində axtarış aparılıb.

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Tevanyanın ofisində də axtarış həyata keçirilib.  

Qeyd edək ki, ötən gün Ermənistanın İstintaq Komitəsində A.Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladılıb. O, 2024-cü ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.