Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 15:11 | Baxılıb: 1476
Türk Hava Yolları (THY) Yaxın Şərqdəki gərginlik və hava məkanının bağlanması səbəbindən bölgəyə olan çoxsaylı uçuşlarını ləğv edib.

“gece.ws” xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, hava məkanındakı məhdudiyyətlərə görə uçuş cədvəllərində dəyişikliklər edilib.

Bəyanata əsasən, Livan, Suriya, İraq, İran və İordaniyaya uçuşların dayandırılması 2 mart 2026-cı il tarixinə qədər uzadılıb. Bundan başqa, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana bu gün üçün planlaşdırılan bütün uçuşlar ləğv edilib.

THY rəsmisi bildirib ki, bölgədəki proseslər real vaxt rejimində anbaan izlənilir və vəziyyətdən asılı olaraq əlavə uçuşların da ləğvi mümkündür. Aviaşirkət sərnişinlərə səyahətə çıxmazdan əvvəl rəsmi saytdakı “uçuş statusu” bölməsindən son məlumatları yoxlamağı tövsiyə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail və ABŞ İrana qarşı birgə hava hücumlarına başlayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.