
“gece.ws” xəbər verir ki, Almatıda elmi ictimaiyyət nümayəndələri ilə görüşən dövlət başçısı xalqı “zehni inqilaba” çağırıb.
Tokayev bildirib ki, müasir dövrün tələblərinə uyğunlaşmaq üçün millətin təfəkkürü dəyişməli və əsas diqqət elm-texnologiya istiqamətinə yönəlməlidir.
“Biz millətin mentalitetini dəyişdirməliyik. Bu isə o deməkdir ki, onu elmə və texnologiyaya tərəf döndərməliyik. Hesab edirəm ki, biz Qazaxıstanda sözün əsl mənasında “zehni inqilab” həyata keçirməliyik”.
Xatırladaq ki, Qazaxıstanda 2026-cı il rəsmi olaraq “Rəqəmsallaşma və Süni İntellekt İli” elan edilib.