“gece.ws” bu barədə “Spor Arena”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, alman forvard ilə “Fənərbaxça” klubu maraqlanır. İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyonun Mülleri komandada görmək istədiyi bildirilir.
“Fənərbaxça”nın Müllerə 1+1 illik müqavilə təklif edəcəyi iddia edilir.
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsümün sonunda Münhen nəhəngi ilə yollarını ayıracaq.
Futbolçu bu mövsüm 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.