Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 17:03 | Baxılıb: 995
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində qeydə alınıb. “Volkswagen” markalı avtomobil rayon sakini, 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Yaralı dərhal təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ziba Ağayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yasin Quliyev



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.