Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 20:13 | Baxılıb: 2275
Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“gece.ws” xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.

Belə ki, “Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. 

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar şəxslərin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Yunis Quliyev



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.