
“gece.ws” xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu səbəbdən “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib.
“Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, “toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.
“Toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin!”, - müraciətdə qeyd olunub.