Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.08.2026 | 16:56 | Baxılıb: 2417
Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.

“gece.ws"in məlumatına görə, araşdırma zamanı H.Tağızadənin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.