Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.27.2026 | 12:16 | Baxılıb: 1640
Ağcabədinin Qaraxanlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Fariz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Fariz Rzayev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.