Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.19.2025 | 18:20 | Baxılıb: 3674
ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu “narkobaron” adlandırıb.

“gece.ws” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib:

“O, Kolumbiyada narkotiklərin kütləvi istehsalını güclü şəkildə təşviq edən qanunsuz narkotik lideridir.

Narkoticarət artıq Kolumbiyada ən böyük biznesə çevrilib və Petro bunun qarşısını almaq üçün nəsə etmir.

Baxmayaraq ki, ABŞ-dən irimiqyaslı ödənişlərə və subsidiyalar alınır və bu, sadəcə ABŞ-nin davamlı talanmasıdır. Bu gündən Kolumbiyaya belə ödənişlər, yaxud hər hansı başqa ödənişlər, subsidiyalar olmayacaq.

Kolumbiya lideri, bu kimi ölüm sahələrini dərhal bağlasa yaxşı olar. Əks halda, ABŞ onları bağlayacaq və bu, heç də yaxşı sonlanmayacaq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.