Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.26.2026 | 22:36 | Baxılıb: 4968
ABŞ Prezidenti Donald Tramp İranın neft infrastrukturunun çökməsinə üç gün qaldığını bəyan edib.

“gece.ws” xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, ABŞ və İran arasındakı münaqişədə bütün üstünlüklər Amerikanın tərəfindədir.

“İranın neft infrastrukturunun süqutuna təqribən üç gün qalıb”, — deyə ABŞ prezidenti vurğulayıb.

Həmin müsahibədə Donald Tramp İranla münaqişənin ABŞ-nin qələbəsi ilə başa çatacağını anons edib:

“Biz böyük iş görmüşük və bütün bunlar çox yaxında bitəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.