Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.31.2026 | 19:10 | Baxılıb: 1981
ABŞ Prezidenti Donald Tramp Suriya və İraq üzrə yeni xüsusi elçinin adını açıqlayıb. 

“gece.ws” xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” hesabında paylaşım edib.

Məlumata görə, bu vəzifəyə ABŞ-nin hazırda Türkiyədəki səfiri olan Tom Barrak təyin edilib.

Ağ Ev rəhbəri Barrakın hər iki missiyanı eyni vaxtda icra edəcəyini bildirib:

“Tom Türkiyədəki səfir vəzifəsində qalacaq və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək. Biz Tom Barrakın gördüyü işləri və onun ölkəmizə xidmət etməyə hər zaman hazır olmasını yüksək qiymətləndiririk”.

Xatırladaq ki, T. Barrak ötən ilin mayından ABŞ-nin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.