Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.17.2025 | 18:02 | Baxılıb: 1354
“Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə iki ölkə lideri Donald Trampla Nikol Paşinyanın görüşü zamanı əldə olunan razılaşmaların icrasına başlanılıb”​. 

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker arasında baş tutan görüşdə bildirilib. 

“ABŞ və Ermənistan arasında uzunmüddətli əməkdaşlıq, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinə nail olmaq baxımından əldə olunmuş tərəqqi və Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət marşrutu kimi açılması baxımından perspektivlər yaradır”, -  Ellison Huker deyib. 

O, həmçinin Ermənistana səfərinin əsas məqsədinin ticarət, investisiya, infrastruktur, regional kommunikasiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək olduğunu qeyd edib. 

Paşinyan isə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxdığını və bu tərəfdaşlığın həm Ermənistan hökuməti, həm də  ictimaiyyəti tərəfindən yeni şəkildə qəbul edildiyini nəzərə çatdırıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.