
“gece.ws” TASS-a istinadən istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, qeyd olunan müddətlər investisiyalar və onların öz xərcini çıxarması ilə bağlıdır: “İnvestorun yatırdığı vəsaiti müəyyən mənfəətlə birlikdə geri qaytaracağına dair zəmanətləri olmalıdır. Son müzakirələr sırf iqtisadi-maliyyə xarakteri daşıyır. İcarə müddəti yalnız investisiyaların hansı zaman çərçivəsində öz xərclərini çıxaracağından asılı olacaq”.
Xatırladaq ki, ilkin olaraq “Tramp Marşrutu"in icarə müddətinin 99 il olacağı bildirilirdi.