Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2026 | 00:30 | Baxılıb: 2311
ABŞ Prezidenti Donald Tramp ona “McDonald’s”dan sifarişini gətirən kuryerlə mətbuat konfransı keçirib.

“gece.ws” xəbər verir ki, konfrans zamanı “DoorDash” markalı köynək geyinmiş qadın qapını döyüb və prezidentə iki böyük “McDonald’s” paketini verib.

Tramp toplaşan jurnalistlərə zarafatla “Bu, səhnələşdirilməyib”, deyib.

Daha sonra Tramp kuryer qadınla yan-yana dayanaraq jurnalistlərin suallarını cavablayıb.

Mətbuat konfransından sonra Tramp “DoorDash” əməkdaşını Oval Ofisə dəvət edib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.