Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 14:27 | Baxılıb: 2778
ABŞ Prezidenti Donald Trump, milli təhlükəsizlik səbəbiylə ərazisinə əlavə etmək istədiyini söylədiyi Qrenlandiyaya xəstəxana gəmisi göndərəcəklərini açıqlayıb.

“gece.ws” xəbər verir ki, Tramp bu haqda sosial mediada yazıb.

O, xəstəxana gəmisinin Qrenlandiyaya yola düşdüyünü bildirib.

Qrenlandiya üzrə xüsusi nümayəndə olaraq təyin etdiyi Luiziana qubernatoru Jeff Landry ilə işlədiyini qeyd edən Trump, “Orada baxılmayan xəstələrə qulluq etmək üçün Qrenlandiyaya böyük bir xəstəxana gəmisi göndəririk”, deyib.

Qeyd edək ki, Qrenlandiya sakinləri əvvəllər Trampın ada ilə bağlı siyasətinə qarşı çıxıb, Danimarka sosial rifah sistemi vasitəsilə pulsuz səhiyyə xidmətlərindən məmnun olduqlarını bildiriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.