Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2026 | 09:11 | Baxılıb: 1277
ABŞ Prezidenti Donald Tramp Ermənistanda keçiriləcək parlament seçkilərində ölkənin hazırkı Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb. 

“gece.ws” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Paşinyan Trampın Ermənistanda və Cənubi Qafqazda sülh və rifahla bağlı baxışlarını tam şəkildə bölüşür.

O, həmçinin paylaşımında mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərini və orada bir neçə sənəd imzalanmasını xatırladıb. 

Xatırladaq ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.