
“gece.ws” xəbər verir ki, Laricani özünün “X” hesabında paylaşdığı mesajda Trampı hədəf alıb.
O, İranın Ali Rəhbərinin öldürülməsini bağışlanmaz bir cinayət adlandıraraq, ABŞ-nin bunun bədəlini ağır ödəyəcəyini vurğulayıb.
“Trampı rahat buraxmayacağıq. O, liderimizi və xalqımızı şəhid edib. Bu, asan məsələ deyil. Biz qisas alana qədər ondan əl çəkməyəcəyik”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində Ayətullah Əli Xamenei və onun ailə üzvləri həlak olub.