Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.30.2026 | 11:40 | Baxılıb: 2092
ABŞ-də federal məhkəmə Vaşinqtondakı Kennedi Mədəniyyət Mərkəzi ilə bağlı diqqətçəkən qərar qəbul edib.

“gece.ws"in xəbərinə görə, federal hakim Kristofer Kuper mərkəzin adının qanunsuz olaraq dəyişdirildiyinə qərar verərək, binaya əlavə olunan ABŞ Prezidenti Donald Trampın adının 14 gün ərzində götürülməsini tələb edib.

Məhkəmə qərarında bildirilib ki, sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ Prezidenti Con Fitscerald Kennedinin adını daşıyan mədəniyyət mərkəzinin adının dəyişdirilməsi səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur.

Qərara reaksiya verən Donald Tramp sosial media hesabında paylaşım edərək mərkəzlə əlaqələrini kəsdiyini açıqlayıb: “Əllərimi bağlasanız, bu ölməkdə olan qurumla heç bir əlaqəm olmayacaq”.

O, mərkəzin idarəçiliyinin tam şəkildə Konqresə verilməsini dəstəklədiyini qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.