
“gece.ws” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Vaşinqtonda ABŞ lideri ilə keçirilən görüşdən sonra deyib.
Rutte CNN-ə açıqlamasında görüşü “iki yaxşı dost arasında səmimi və açıq müzakirə” kimi təsvir edib və Trampın məyusluğunu başa düşdüyünü bildirib.
O, Avropa ölkələrinin ABŞ-yə müxtəlif yollarla - logistika, uçuşlar və baza dəstəyi məsələlərində kömək etdiyini vurğulayıb.
Rutte Trampın NATO-dan çıxmaq niyyətini açıq şəkildə şərh etməsə də, Avropanın böyük bir hissəsinin İranın “xaos ixracı” qabiliyyətinə qarşı ABŞ-ni dəstəklədiyini bildirib.